Jurnalistin badalaq vurduğu suriyalı miqrant Bakıya gəldi - FOTO

Jurnalistin badalaq vurduğu suriyalı miqrant Bakıya gəldi - FOTO
Hadisə 2452
 

Ötən il Macarıstanda qadın reportyorun badalaq vuraraq yerə yıxması ilə dünya mediasının gündəminə gələn suriyalı miqrant Üsamə Əbdel Möhsün oğlu Zeydlə birgə Azərbaycana gəlib.

BAKU.WS publika.az-a istinadən xəbər verir ki, Suriyadan olan miqrantlar Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edirlər.

Üsamə Əbdel Möhsün Azərbaycanda olmasından məmnunluğunu bildirib: "Bakı çox gözəl şəhərdir. Doğrusu, Bakı ilə Avropanın aparıcı şəhərləri arasında heç bir fərq görmədim. Azərbaycanda olduğum üçün çox sevincliyəm”.

Üsamə Əbdel Möhsün Azərbaycanda öz ölkəsi kimi çox rahat olduğunu da söyləyib.   

Xatırladaq ki, Üsamə Əbdel Möhsün hazırda İspaniyada yaşayır və "Xetafe" məşqçilərinin məktəbində çalışır. Məktəb həmçinin Ü.Ə.Möhsünə İspaniyada ailəsi ilə məskunlaşmağa kömək edib. Lakin onun digər övladları və həyat yoldaşı hələ də Türkiyədə qaçqın həyatı yaşayırlar.

BAKU.WS

Jurnalistin badalaq vurduğu suriyalı miqrant Bakıya gəldi - FOTO

Jurnalistin badalaq vurduğu suriyalı miqrant Bakıya gəldi - FOTO

Jurnalistin badalaq vurduğu suriyalı miqrant Bakıya gəldi - FOTO

Jurnalistin badalaq vurduğu suriyalı miqrant Bakıya gəldi - FOTO

Jurnalistin badalaq vurduğu suriyalı miqrant Bakıya gəldi - FOTO

Jurnalistin badalaq vurduğu suriyalı miqrant Bakıya gəldi - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Ərdoğan: “Bu gün gözlər Bakıya dikilib”

Ərdoğan: “Bu gün gözlər Bakıya dikilib”

"Yeni nəsillərə daha gözəl gələcək qoymaq üçün səsimizi indidən yüksəltməliyik. Bu Forumda iki gün ərzində veriləcək mesaj çox önəmlidir. Bu gün məsumların gözü...

1281 Siyasət 12:04 26 aprel 2016

Son xəbərlər