Jurnalistin badalaq atdığı suriyalı qaçqının terrorçu olduğu iddia olunur (FOTO)
Macar jurnalistin badalaq ataraq yıxdığı suriyalı qaçqın Usamə Əbdül-Möhsinin terrorçu olduğu iddia olunur.
BAKU.WS-in məlumatına görə, miqrant öz vətənində mülki əhaliyə qarşı cinayət törədib. Süriya kürdlərinin 2003-cü ildə yaratdığı PYD adlı partiya bu barədə bəyanat yayıb.
Təşkilat bildirir ki, Usamə Əbdül 2011-ci ildə üsyançı qruplaşmalara qoşulub və vətəndaş azlıqlara, həmçinin kürdlərə qarşı cinayətlər törədib. Miqrantın facebook səhifəsində yerləşdirdiyi şəxsi şəkillərindən də, Usamənin terrorçu təşkilatların üzvü olduğu məlum olur.
PYD həmçinin iddia edir ki, Usamə Əbdül Suriya şəhərində yaşayıb və qorxudan Avropaya qaçmağa qərar verib.
Xatırladaq ki, bir müddət öncə Macarıstanda jurnalist Petra Laslon miqranta badalaq atmışdı. Həmin hadisədən sonra dünya ictimaiəti jurnalistin hərəkətini pisləmiş və miqranta dəstək olmuşdular. Suriyalı qaçqının ölkəsinin futbol komandasını çalışdırdığı da bəlli olmuşdu. Məhz bu məlumatdan sonra İspaniyanın "Real" klubu miqranta jest etmişdi. Kriştiano Ronaldo "Real”-"Qranada” (1:0) matçına Serbiya-Macarıstan sərhəddində jurnalistin badalaq gəldiyi suriyalı məşqçinin 7 yaşlı oğlunun müşayiəti altında çıxmışdı.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Ronaldo məşhur suriyalı uşaqla birlikdə (FOTO)
"Real-Madirid" klubunun futbolçusu Kriştiano Ronaldo meydana məşhur suriyalı uşaqla çıxıb. BAKU.WS məlumat verir ki, portuqaliyalı futbolçu Kriştiano Ronaldo "...