“iPhone X” üçün 300 manat beh verdi, dələduzluğa məruz qaldı

“iPhone X” üçün 300 manat beh verdi, dələduzluğa məruz qaldı
Hadisə 272

Azərbaycanda son günlər elan saytları üzərindən dələduzluq hallarının sayı çoxalıb.

BAKU.WS "qafqazinfo"ya istinadən xəbər verir ki, bir neçə şəxs saytlarda yerləşdirilən elanların məlumatlarını götürərək yenidən daha ucuz qiymətə öz adından sayta yerləşdirir. Buna görə də daha tez müştəri tapır və bu zaman alıcıdan məhsulu başqasına satmamaq üçün ödəniş terminallarından öz hesabına beh kimi ödəniş istəyir. Beh verildikdən sonra isə həmin şəxsləri tapmaq olmur.

Bu barədə son zamanlar sosial şəbəkələrdə aldadılan şəxslər tərəfindən yayılan məlumatlara rast gəlinib. Onlardan bir neçəsi artıq bu barədə polisə şikayət edib. Bakı sakini, 1985-ci il təvəllüdlü Zabil Məmmədov Yasamal RPİ-yə müraciət edərək bildirib ki, tap.az saytı üzərində "iPhone X" markalı telefonu satan və hazırda Lənkəranda olduğunu bildirən Nahid adlı şəxslə razılaşıb. Z. Məmmədov telefonu almaq üçün Nahidin hesabına "MilliÖn" vasitəsilə 300 manat beh göndərib.

Lakin bundan sonra həmin şəxsə zəng çatmayıb. Belə halların çoxalması səbəbindən bu işlərin dəstə, yaxud eyni adam tərəfindən törədildiyi məlum deyil.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər