"iPhone 7" hamilə qadının qolunu bu hala saldı (FOTO)
"iPhone 7" hamilə qadının qolunun yanmasına səbəb olub.
BAKU.WS-in məlumatına görə, Melaine Tan Pelaez adlı bir qadın ikinci dərəcə yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Talehsiz qadın yanan qolunun şəkilini çəkərək sosial şəbəkədə paylaşıb. Qadın bildirir ki, qolunun bu günə düşməsinə "iPhone 7" səbəb olub.
Pelaez səhər oyandığında qolunda qırmızı yanıq olduğunu görüb. Acı hiss edən qadın təcili xəstəxanaya yollanıb. Edilən müayinə nəticəsində Pelaezenin qolunun yad cisim tərəfindən yandığı məlum olub. Hamilə qadın sonradan aydınlaşdırıb ki, bu hadisəyə səbəb "iPhone 7" olub. Qadının qolundakı yanıq izləriylə cihazın ölçüsünün də uyğun olması şübhələri gücləndirib.
Nazim Babayev
BAKU.WS
Oxşar xəbərlər
Gənc qız sevgililərinin hədiyyə etdiyi 20 "iPhone"la özünə ev aldı
Çində bir qadın 20 fərqli sevgilisindən hədiyyə olaraq istədiyi "iPhone 7"ləri satıb özünə ev alıb. BAKU.WS-in məlumatına görə, Çinin cənubundakı Şenzen şəhəri...