İntim videolar çəkən FHN polkovniki vaxtından əvvəl azadlıq istədi - Sonra fikrini dəyişdi

İntim videolar çəkən FHN polkovniki vaxtından əvvəl azadlıq istədi - Sonra fikrini dəyişdi
Hadisə 783

Xidməti otağında çəkdiyi intim videolarla gündəmə gələn polkovnik Zaur Mirzəyev vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə müraciət edib.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, polkovnik 3 il 3 ay həbs müddətinin yarıdan çoxunu çəkdiyindən cəzasının qalan 8 ayının şərti hesab olunmasını xahiş edib.

Bu məqsədlə o, Xəzər Rayon Məhkəməsinə müraciət edib.

Lakin məhkəmə qərarını elan etmədən Z.Mirzəyev ərizəsini geri götürüb. Onun ərizəyə dəyişiklik etmək və ya cəza növünün dəyişdirilməsi üçün digər şərtləri ödəmədiyi səbəbindən bu addımı atdığı ehtimal olunur.

Qeyd edək ki, Zaur Mirzəyev Ali Məhkəmənin yekun qərarı ilə 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin iş üzrə videolarda yer alan qadınlardan birinə 4 min manat təzminat ödənilməsi barədə qərar isə qüvvədə saxlanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

58 yaşlı kişini maşın vurub öldürdü

58 yaşlı kişini maşın vurub öldürdü

Şəkidə piyada ölümü ilə nəticələnən qəza baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün saat 11 radələrində Şəki şəhəri ərazisində Arif Səli...

94 Hadisə 17:50 07 noyabr 2026

Son xəbərlər