İlan sancan Əməkdar artist Elnur Kərimovun vəziyyəti açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün ilan sancması səbəbindən xəstəxanaya aparılan Əməkdar artist Elnur Kərimovun vəziyyəti məlum olub.
BAKU.WS xəbər verir ki, bu barədə Gənc Tamaşaçılar teatrının mətbuat katibi Samirə Əşrəf Oxu.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, hadisə aktyor bağda istirahət edən zaman baş verib.
"Qohumlarının bağında istirahət edərkən Elnuru ilan sancıb. Xəstəxanaya aparıblar, ilkin müayinədən keçib və evə buraxılıb. Hazırda vəziyyəti yaxşıdır, evdə istirahət edir", - deyə S.Əşrəf deyib.
Qeyd edək ki, aktyor özü də sosial şəbəkə hesabında xəstəxanada olmasını əks etdirən paylaşım edib.
E.Kərimovun özü ilə əlaqə saxlamaq mümkün olmayıb.
Oxşar xəbərlər
58 yaşlı kişini maşın vurub öldürdü
Şəkidə piyada ölümü ilə nəticələnən qəza baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün saat 11 radələrində Şəki şəhəri ərazisində Arif Səli...