İftarını su ilə açsa da, yeməyini yemədən həlak olub - Bakıda məktəblinin ölümünün TƏFƏRRÜATI

İftarını su ilə açsa da, yeməyini yemədən həlak olub - Bakıda məktəblinin ölümünün TƏFƏRRÜATI
Foto
Hadisə 1402

Bakıda 13 yaşlı oğlan binadan yıxılaraq dünyasını dəyişib.

BAKU.WS-in "Teleqraf"a istinadən verdiyi məlumata görə, hadisə martın 11-də axşam saatlarında paytaxtın Xətai rayonu, Babək prospekti, 70 ünvanında baş verib.

2012-ci il təvəllüdlü Hüseyn Ələkbərli yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılaraq həyatını itirib.

Mərhumun babası Ədalət Tanrıverdiyev bildirib ki, hadisə baş verən gün nəvəsi oruc tutubmuş: "Hüseyn gün ərzində baş gicəllənməsindən şikayət edirdi. Neçə dəfə dedik ki, orucunu aç, amma razı olmadı. Axşam iftarını açdı, amma yemək yemədi, yalnız su içdi".

Hüseyn daha sonra eyvana çıxıb, Yel çərşənbəsinə görə həyətdə qalanan tonqala baxıb. Bu zaman eyvandan yıxılıb. Hadisədən isə ilk olaraq onun altı yaşlı bacısı xəbər tutub.

Hüseyn Bakı şəhəri, Nizami rayonunda 62 nömrəli məktəb-liseyin VII sinfində təhsil alırdı. O, əlaçı idi.

Faktla bağlı araşdırma aparılır.

İftarını su ilə açsa da, yeməyini yemədən həlak olub - Bakıda məktəblinin ölümünün TƏFƏRRÜATI

Oxşar xəbərlər

Goranboyda bədbəxt hadisə baş verib

Goranboyda bədbəxt hadisə baş verib

Goranboyda bədbəxt hadisə baş verib. BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, 1967-ci il təvəllüdlü N.Məmmədova y...

129 Hadisə 23:59 01 yanvar 2026

Son xəbərlər