Hövsanda müəllim qətlə yetirildi - Əri saxlanıldı

Hövsanda müəllim qətlə yetirildi - Əri saxlanıldı
Foto
Hadisə 138

Suraxanı rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Bu barədə BAKU.WS-ə Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, martın 20-də paytaxtın Suraxanı rayonu ərazisində 1990-cı il təvəllüdlü müəllim kimi çalışan Pərvanə Abbasovanın almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub:

"İlkin araşdırmalarla 1983-cü il təvəllüdlü Vasif Abbasovun Pərvanə Abbasovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, V.Abbasov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir".

***09:23

Suraxanı rayonunda qətl hadisəsi baş verib.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

35 yaşlı Pərvanə Abbasova səhər saatlarında bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qadının qətlində həyat yoldaşı, 43 yaşlı Abbasov Vasif Zahid oğlu şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Ailə münaqişəsi zəminində baş verən hadisə ilə bağlı hazırda araşdırma aparılır.

Qeyd edək ki, iki uşaq anası Pərvanə Hövsan qəsəbəsində yerləşən orta məktəblərdən birində müəllim işləyib.

Hövsanda müəllim qətlə yetirildi - Əri saxlanıldı

Oxşar xəbərlər

Azərbaycanda bankdan 400 min manat ələ keçirən Rusiya vətəndaşı həbs edildi

Azərbaycanda bankdan 400 min manat ələ keçirən Rusiya vətəndaşı həbs edildi

  A-A+   0:00 / 0:39     x1 Rusiya vətəndaşı Azərbaycanda kibercinayətkarlıq ittihamı ilə həbs edilib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Vaysero...

159 Hadisə 23:59 20 mart 2026

Son xəbərlər