Şəhidimiz dəfn olunur - FOTO

Şəhidimiz dəfn olunur - FOTO
Hadisə 1591
Martın 26-da Ermənistan tərəfinin bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində şəhid olmuş Azərbaycan ordusunun əsgəri Əlləzov Əlləz Ələddin oğlunun nəşi doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndindəki evinə gətirilib.BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, mərasimdə mərhumun yaxınları, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Müdafiə Nazirliyinin nümayəndələri və kənd sakinləri iştirak edir. Dəfn mərasimində böyük izdiham müşahidə edilir.Xatırladaq ki, martın 26-da gün ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb.Azərbaycan Ordusu bölmələrinin qəti və adekvat tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurularaq, növbəti təxribatların qarşısı alınıb.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan Ordusunun əsgəri şəhid olub - RƏSMİ

Azərbaycan Ordusunun əsgəri şəhid olub - RƏSMİ

Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıbBAKU.WS Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, martın 26-da gün ərzin...

2390 Siyasət 21:40 26 mart 2019

Son xəbərlər