Azərbaycan Ordusunun şəhid olan əsgəri dəfn olunub
20
yan
2018
11:48
Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri, 23 yaşlı İbrahim Möhsüm oğlu Mənəfov doğulduğu Neftçala rayonunun Bankə qəsəbəsində torpağa tapşırılıb.BAKU.WS “Report”a istinadən xəbər verir ki, dəfn mərasimində rayon İcra Hakimiyyəti başçısı, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhidin hərbçi yoldaşları, xidmət etdiyi hərbi hissəsinin zabitləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər.Çıxış edənlər şəhidin döyüş yolundan danışaraq, onun mərd, vətəni sevən biri olduğunu bildiriblər. Qeyd edilib ki, ötən ilin iyulunda həqiqi hərbi xidmətə çağrılan, Milli Aviasiya Akademiyasının məzunu İbrahim Mənəfov hər kəsə nümunə sayılacaq hərbçi olub.Sonra şəhid Bankə qəsəbəsində Seyidlər qəbiristanlığında yaylım atəşi ilə torpağa tapşırılıb.BAKU.WS
Oxşar xəbərlər
Ordumuz şəhid verdi
Hərbi qulluqçumuz şəhid olub.Azərbaycan Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs reji...