Şəhid Hüseyn Əkbərli doğulduğu kənddə dəfn olundu (VİDEO, FOTO)

Şəhid Hüseyn Əkbərli doğulduğu kənddə dəfn olundu (VİDEO, FOTO)
Video
Siyasət 2824

Ötən gün şəhid olan zabitimiz bu gecə doğulduğu Cəlilabad rayonunda torpağa tapşırılıb.

BAKU.WS xəbər verir ki, APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, iyulun 30-a keçən gecə və səhər saatlarında Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Ağstafa rayonunun Köhnəqışlaq və Tovuz rayonunun Qaralar kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan intensiv atəşə məruz qalıb.

Düşmən atəşinin qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu 24 yaşlı Hüseyn Əkbərli şəhid olub. Şəhid zabit bu gecə anadan olduğu kənddə dəfn edilib.

Dəfn mərasimində şəhidin yaxınları, xidmət etdiyi hərbi hissənin zabit heyəti, Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi və nümayəndələri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak edib.

Şəhidin tabutuna örtülən Azərbaycan bayrağı onun qardaşına təqdim edilib. Şəhidin məzarı üstünə əklil və qərənfillər qoyulub. Sonda şəhidimiz Yaylım atəşi ilə son mənzilə yola salınıb.

Qeyd edək ki, şəhidin atası da bir müddət öncə dünyasını dəyişib, ailənin hazırda 3 oğul, iki qız övladı var.

BAKU.WS 

 

Oxşar xəbərlər

Son xəbərlər