Cəbhədə vəziyyət gərginləşdi, şəhid verdik (RƏSMİ)

Cəbhədə vəziyyət gərginləşdi, şəhid verdik (RƏSMİ)
Siyasət 8656

 

Ermənistan silahlı qüvvələri Qazax, Ağstafa və Tovuz rayonlarının yaşayış məntəqələrini atəşə tutub.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, iyulun 30-a keçən gecə və səhər saatlarında Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Ağstafa rayonunun Köhnəqışlaq və Tovuz rayonunun Qaralar kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan intensiv atəşə məruz qalıb. Yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.

Düşmən atəşinin qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Əkbərli Hüseyn Zakir oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Hazırda cəbhə xətti boyu əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Müdafiə Nazirliyi bir daha bəyan edir ki, düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görüləcəkdir.

BAKU.WS

Oxşar xəbərlər

Müdafiə Nazirliyi: "Düşmənin həmin istiqamətdəki atəş nöqtələri susdurulub"

Müdafiə Nazirliyi: "Düşmənin həmin istiqamətdəki atəş nöqtələri susdurulub"

Azərbaycan Müdafiə Nazirliyi son günlər Ermənistan mətbuatının guya Azərbaycan Silahlı Qüvvələri tərəfindən dövlət sərhədinə yaxın ərazilərdə yerləşən erməni kə...

1322 Siyasət 11:16 24 iyul 2017

Son xəbərlər