Həyat yoldaşının saçını keçəl edən ər HƏBS OLUNDU
Nərimanov Rayon Məhkəməsində həyat yoldaşının saçını qırxaraq işgəncə verməkdə təqsirləndirilən Tamerlan Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanının təqdimatına baxılıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, prosesdə təqdimat təmin edilib və qərar qəbul olunub. Məhkəmənin qərarı ilə T.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, bir neçə gün əvvəl qadının həyat yoldaşı tərəfindən döyülərək saçının qırxılması və işgəncə verilməsi ilə bağlı video sosial şəbəkədə paylaşılıb. Həmin video ilə bağlı polis əməkdaşları tərəfindən araşdırmalar aparılıb. Araşdırmalarla həmin videonun T.Məmmədov tərəfindən paylaşıldığı müəyyən edilib.
Keçirilən əməliyyat tədbirləri ilə T.Məmmədov polis tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Naxçıvanda arvadını asaraq öldürən kişiyə HÖKM OXUNDU
Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Sədərək rayonunda arvadını qəsdən öldürməkdə ittiham olunan Azər İbrahimlinin işi üzrə hökm çıxarıb. Məh...