Həyat yoldaşı Oqtay Əliyevin son görüntülərini paylaşdı

Həyat yoldaşı Oqtay Əliyevin son görüntülərini paylaşdı
Video
Hadisə 12553

Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı, Əməkdar incəsənət xadimi Oqtay Əliyev bağlı paylaşım edib. 

BAKU.WS xəbər verir ki, o həyat yoldaşının Novruz tonqalı ətrafındakı son videosunu izləyiciləri ilə bölüşüb.

Əməkdar artist Oqtay Əliyevin vəfatına görə dərin kədər hissi keçirdiyini vurğulayıb:

"O gün biz yazı qarşılayırdıq, amma gələn yaz yox, yas imiş… Gedişin sükutun ən ağır forması idi. Heç bir söz, heç bir təsəlli sənin yerini doldura bilmədi. İki ildir qapılar sənin yoxluğunu açır, pəncərələr isə üzümə sənsizliyin soyuğunu vurur.

Sən getdin… Amma sənin baxışların hələ də gözlərimin dərinliyində yaşayır, səsin yuxularımın pıçıltısına çevrilib. Bəzən elə bil yanımda oturursan - heç nə demədən, sadəcə baxırsan. Səni unutmadım, unutmaram da. Çünki sevgi sadəcə həyatda yox, ölümdən sonra da yaşayar.

Səni mənə verən Tanrıya minnətdaram, səni məndən alan qismətə isə hələ də susuram… Bu isə sənin bizimlə sonuncu bayramın, sonuncu görüntülərindir… Yerin behişt olsun! Sənin yoxluğuna dözən Dilarən…".

Xatırladaq ki, Əməkdar incəsənət xadimi Oqtay Əliyev iki il əvvəl bağ evindən qayıdarkən yolda avtomobil qəzası keçirərək vəfat edib. 

Son xəbərlər