Həyat yoldaşını qətlə yetirən kişinin məhkəməsi başlayır

Həyat yoldaşını qətlə yetirən kişinin məhkəməsi başlayır
Hadisə 70

Saatlıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Qadir Şirinovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin cinayət işinin materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi üzrə məhkəmə prosesinə hakim Əli Əliyev sədrlik edəcək.

Xatırladaq ki, 2020-ci ilin noyabr ayında Saatlı rayonunun Orta Muğan kəndində kənd sakini, 32 yaşlı Şirinov Qadir Əyyub oğlu həyat yoldaşı, 1993-cü il təvəllüdlü Əliyeva Aynur Asif qızını bıçaqla qətlə yetirib.

Q.Şirinov polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər