Həmin şagird hoteldə ölübmüş
12
iyn
2026
11:12
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda vəfat edən 18 yaşlı oğlan Beyləqan rayonunda dəfn olunub.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, orta məktəbin 11-ci sinif şagirdi olan 2008-ci il təvəllüdlü Elvin Zabit oğlu Aslanlının Bakıdakı hotellərin birində öldüyü məlum olub.
Belə ki, iyunun 10-u saat 18 radələrində "Novxanı Spring" hotelində olarkən onun halı qəfil pisləşib və dünyasını dəyişib.
Məktəblinin hoteldəki ölümü ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, E.Aslanlı iyunun 13-ü orta məktəbdən məzun olacaqdı.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...