Helikopter qəzasında həlak olan hərbçilərdən üçü başqa yerdə dəfn olunacaq
Dövlət Sərhəd Xidmətinin helikopterinin noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim zamanı qəzaya uğraması nəticəsində həlak olan hərbçilərdən 11-i II Şəhidlər xiyabanında dəfn edilib.
BAKU.WS xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, qəzada həlak olan 3 hərbçi - polkovnik Cavadov Fizuli Əli İbram oğlu Zirədə, kapitan Əliyev Xəyyam Əlixan oğlu Əmircanda, baş leytenant Nağıyev Fərid Təyyar oğlu isə Beyləqanda dəfn olunacaq.
Bu barədə qərar onların ailələrinin istəyi ilə verilib.
Qeyd edək ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim zamanı qəzaya uğraması nəticəsində aşağıdakı hərbi qulluqçular həlak olub:
1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;
2. polkovnik Nəzirov Emil Nəzir oğlu;
3. mayor Həsənov Elmir Mircəlil oğlu;
4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;
5. mayor Mayılov Emil Şahid oğlu;
6. mayor Məmmədov Murad Yaşar oğlu;
7. mayor Əliyev Emil Elman oğlu;
8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;
9. kapitan Bayramlı Cavid Əhliman oğlu;
10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;
11. kapitan Qaraisayev Teymur Ənvər oğlu;
12. leytenant Süleymanov Abdulla Telman oğlu;
13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
14. işçi Nəbiyev Elçin Fikrət oğlu.
Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıb.
Oxşar xəbərlər
"Qaraheybət" şəhidləri dəfn olunublar - YENİLƏNİB/VİDEO
Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda ötən gün qəzaya uğraması nətic...