Həbs edilən polkovnik azadlığa buraxıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün həbs edilən "Aprel döyüşləri"nin iştirakçısı, ehtiyatda olan polkovnik Qadir Vəlişov azadlığa buraxılıb.
BAKU.WS xəbər verir ki, bu barədə hərbi bloger Tofiq Şahmuradov "Facebook" səhifəsində paylaşım edib.
"Dostlar indi Polkovnik Vəlişovun oğlu zəng etmişdi, dediyinə görə Prokrorluğun verdiyi vəsadətlə Polkovnik Vəlişov Qadir azadlığa buraxılıb", - deyə o qeyd edib.
Qeyd edək ki, Q.Vəlişov Beyləqan rayonunda 13 hektar torpaq sahəsi və ferma üstündə yaranmış mübahisəyə görə tutulmuşdu. Faktla əlaqədar Beyləqan Rayon Polis Şöbəsində (RPŞ) Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Polkovnik xuliqanlıq ittihamı ilə həbs olundu
Beyləqan Rayon Polis Şöbəsi Azərbaycan Ordusunun hərbi qulluqçusu, polkovnik Qadir Vəlişovu xuliqanlıq ittihamı ilə həbs edib. BAKU.WS Virtualaz.org-a istinadla...