İlhamə Quliyevanın həbs olunan oğlu azadlığa buraxıldı
11
dek
2017
11:22
Barəsində cinayət işi başlanmış mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov azadlığa buraxılıb.BAKU.WS-in “Report”a istinadla verdiyi məlumata görə, onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.Qeyd edək ki, dekabrın 8-də Orxan Əhməd oğlu Nadirov polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə başlanmış cinayət işi üzrə axtarışda olub.Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevralın 25-də 73 yaşında dünyasını dəyişib. O.Nadirovun adı daha əvvəl də dələduzluq əməlində hallanıb.BAKU.WS
Oxşar xəbərlər
İlhamə Quliyevanın oğlunun tutulması ilə bağlı RƏSMİ AÇIQLAMA
Daxili İşlər Nazirliyi (DİN) mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun həbs edilməsinə münasibət bildirib.BAKU.WS xəbər verir ki, Nazirliyin M...