Həbs edilən kriminal avtoritetlə bağlı YENİ XƏBƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilən Rafael Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.
Prokuror təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
R.Hüseynovun vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.
Proses dekabrın 6-da davam etdiriləcək.
Qeyd edək ki, kriminal avtoritet kimi tanınan 1975-ci il təvəllüdlü Rafael Oktay oğlu Hüseynov sonuncu dəfə saxlanılan zaman evində beş kiloqramdan çox marixuana aşkarlanıb.
R.Hüseynov ittihamla özünü təqsirli bilmir.
O, daha əvvəl qəsdən adam öldürmə maddəsi ilə Rusiyada cəza çəkib.
Oxşar xəbərlər
Sıla və Ebru Gündeşin adı ilə azərbaycanlı iş adamlarını aldadan şəxsə hökm oxundu
Tanınmış müğənniləri Bakıya gətirmək adı ilə iş adamlarına qarşı dələduzluqda ittiham edilərək həbs edilən şəxs hakim qarşısına çıxarılıb.BAKU.WS musavat.com xə...