Hava limanında saxlanılıb həbs edilən "By Ella" azadlığa buraxıldı

Hava limanında saxlanılıb həbs edilən By Ella azadlığa buraxıldı
Hadisə 246

Bir müddət öncə həbs edilən "By Ella" ləqəbli bloqer Lalə Məmmədova azadlığa buraxılıb.

BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, Lalə Məmmədovaya qarşı irəli sürülən ittiham üzrə onun təqsiri sübuta yetirilmədiyindən barəsində aparılan cinayət işinə istintaq orqanı tərəfindən xitam verilib.

Bununla da bloqer azadlığa buraxılıb.

Xatırladaq ki, Lalə Məmmədova iyulun sonunda hava limanında saxlanılıb və məhkəmə qarşısına çıxarılıb.

Daha sonra Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Lalə Məmmədova barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Deputatın oğlu barəsində həbs qərarı verildi

Deputatın oğlu barəsində həbs qərarı verildi

Bakıda baş verən insidentlə bağlı saxlanılan deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. BAKU.WS "Report"a is...

2777 Hadisə 21:28 25 oktyabr 2026

Son xəbərlər