“Harda görsəm biyabır edəcəm” – Müğənnilərə XƏBƏRDARLIQ - VİDEO
06
may
2019
13:05
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ARB TV-nin “Show news” verilişi bu dəfə may ayının 31-də baş tutacaq ARB TV-nin möhtəşəm konsertə hazırlıq prosesini lentə alıb.Verilişin aparıcı Dilarə Əliyeva, Nikalayın evini yıxan söz-söhbət daşıyıcları Əhval və Ruhiyyə sevənlərini 31 mayda görüşə səsləyib:Həsrət Həsrətov (Əhval): “Xəbərləri kimdən neçiyə almışıq, ucuz-baha xəbərlər, şayələr hamısını bizdən eşidəcəksiniz. Gəlin xəbər-alış verişində siz də iştirak edin. Bələ sizdə məndən yaxşı xəbərlər var. Dilarə xanım xəbərlərə yaxşı pul verir, gəlin”.Gülzar Əşrəfova – (Ruhiyyə): “Gəlin ha, sonra məni ruhiyyənin ağzından qurtara bilərsiz. Hansı müğənnini harda görsəm? biabır edəcəm konsertə gəlməsə. Möhtəşəm olacaq”.Bir sözlə, uzun müddət yaddaşlarınızda qalacaq möhtəşəm konsert proqramı sizi gözləyir.Qeyd edək ki, ARB TV-nin Heydər Əliyev adına saraydakı “Söhbət var” konserti mayın 31-i saat 19:00-da başlayacaq. Artıq, çal-çağırlı, sözlü söhbətli, ulduzlarla dolu şounun biletləri də satışdadır. Qiyməti 10 manatdan 60 manatadək olan biletləri isə şəhərin istənilən kassalarından əldə edə bilərsiniz.
Oxşar xəbərlər
Heydər Əliyevin doğum günü ilə əlaqədar Bakıda möhtəşəm konsert olacaq - VİDEO
Mayın 10-da Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə k...