Heydər Əliyevin doğum günü ilə əlaqədar Bakıda möhtəşəm konsert olacaq - VİDEO

26
apr
2019
10:44
Mayın 10-da Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə konsert proqramı və musiqili atəşfəşanlıq təqdim olunacaq.Heydər Əliyev Fondundan BAKU.WS-ə verilən məlumata görə, konsert proqramında “Rast” qrupu və Rusiyanın “S-BROTHER-S” DJ layihəsi çıxış edəcək. Konsertin sonunda isə musiqili atəşfəşanlıq şousu olacaq. Pirotexnik şou Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev və Müslüm Maqomayevin əsərlərinin sədaları altında təqdim ediləcək.
Oxşar xəbərlər
ARB TV möhtəşəm konsert proqramı təşkil edir
Hər zaman ilklərə imza atmaqla tamaşaçıların qarşısına çıxan ARB telekanalı bu dəfə də öz ənənəsinə sadiq qalıb.Belə ki, telekanalın ən çox baxılan layihələrind...
