Əfsanəvi "Yalla" və "Boney M" Halikarnas Hall-da möhtəşəm şou ilə çıxış edəcək - VİDEO
06
iyn
2018
14:43
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
17 iyun saat 20:00-da "Halikarnas Hall"da illər öncə populyarlıq qazanmış, lakin bu gün də aktual və dinləyicilərin sevimlisi olan əfsanəvi "Yalla" və "Boney M" musiqi qruplarının möhtəşəm konserti baş tutacaq. BAKU.WS xəbər verir ki, konsert proqramının aparıcısı xalq artisti, Azərbaycan estradasının divası Aygün Kazımova və tanınmış tele və radio aparıcı, ASAN radionun direktoru Emin Musəvi olacaq. Möhtəşəm yay konsertində eləcə də "Foresight" şou-bilet rəqs qrupu qaynar rəqs nömrələrilə musiqi axşamını daha dinamik və enerjili edəcəklər.е номера которого сделают вечер еще более динамичным и энергичным.Konsertin təşkilatçısı Azərbaycanın tanınmış televiziya aparıcısı Zemfira Adıgözəlovadır. "Halikarnas Hall" restoranı Qum adası, Zığ şossesində yerləşir.Konsertlə bağlı sizi maraqlandıran məlumatları bu nömrələrlə əlaqə saxlayıb öyrənə bilərsiz: (+99412) 479 96 88, +994 55 552 42 02 и +994 50 552 42 02.Biletləri "Park Bulvar" əyləncə-ticarət mərkəzindən əldə edə bilərsiz. Həmçinin yuxarıda qeyd edilmiş nömrələrə zəng etməklə bilərləri istənilən ünvana çatdırılmaqla ala bilərsiz.BAKU.WS
Oxşar xəbərlər
"Formula 1" üçün Bakıya gələn ikinci xarici müğənninin adı açıqlandı
"Formula-1" üzrə Azərbaycan Qran-prisində konsert proqramı ilə çıxış edəcək ikinci əcnəbi müğənninin adı müəyyənləşib.BAKU.WS-in Bakı Şəhər Halqasına istinadən...