Hamilə arvadını öldürən Vüqar 7 yaşlı qızını da ölümcül döyüb

Hamilə arvadını öldürən Vüqar 7 yaşlı qızını da ölümcül döyüb
Hadisə 148

Oktyabrın 22-nə keçən gecə Abşeron rayonu, Saray qəsəbəsində həyat yoldaşı, 1995-ci il təvəllüdlü Səidə Nəmətovanı qətlə yetirən Vüqar Nəmətov hadisə vaxtı 7 yaşlı qızına da ağır xəsarət yetiribmiş.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Vüqar Nəmətov hadisə vaxtı dəmir boru ilə həyat yoldaşı ilə birgə azyaşlı qızını da amansızlıqla döyüb. Övladını qorumağa çalışan, hamilə vəziyyətində olan Səidə Nəmətova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

7 yaşlı qızı Gülər isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin indi də ağır olduğu bildirilir.

Qeyd edək ki, V.Nəmətov artıq saxlanılıb və onun barəsində cinayət işi açılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər