“Hamamda öldürüb çıxartdım” – Evlərində qorxu içində yaşayan Goranboylular – VİDEO
25
apr
2018
12:12
Goranboyda yaşayış evinə ilanlar daraşıb.ARB TV xəbər verir ki, rayonun Qaradağlı kənd sakini Murad Muxtarov səhər saatlarında öz həyətində uzunluğu 1 metr 40 sm olan ilanı hamam otağına girən zaman öldürüb.Ev sahibi bildirib ki, aprel ayı girəndən həyətdə 10-dan artıq ilanı görüb ki, onun da 6-sını məhv edə bilib. Kənd sakini evlə yanaşı tövlədə də zəhərli canlının dərisinin qurumuş qabığını tapıb. İlanların yay fəslində deyil, yazda görünməsi ev sahiblərini ciddi narahat edir.Murad Muxtarov (sakin): “İşdən gələndə ilanı gördüm. Hamama girmişdi, öldürüb çıxartdım”.Onlar yaşadıqları həyətin müəyyən hissələrində dərmanlama işləri aparsalar da, sürünənlərin günbəgün daha böyükləri üzə çıxır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda nəhəng piton ilanı tutuldu (VİDEO)
Azərbaycanın rayonlarından birində nəhəng piton ilanı tutulub. BAKU.WS-in məlumatına görə, sakinlər uzun və böyük ilanı zərərsizləşdirib. Daha sonra kameraya çə...