Hacıqabulda sursat aşkarlanıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Hacıqabul rayonunda sursat aşkarlanıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinə rayon ərazisində məişət tullantılarının atıldığı ərazidə müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək baxış keçiriblər. Ərazidə olan sellofan torbadan 256 ədəd müxtəlif çaplı patron, 1 ədəd F-1 əl qumbarası və 3 ədəd UZRQM təlim partladıcısı aşkar olunaraq aidiyyəti üzrə ANAMA-nın əməkdaşlarına təhvil verilib.
Bundan əlavə, sursatların tapıldığı yerin ətrafında əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Faktla bağlı araşdırmalar aparılır.
Qalereya
Oxşar xəbərlər
Nardarandakı qəbiristanlıqdan silah-sursat tapılıb - FOTO
Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində qəbiristanlıqda 1 ədəd xəncər, 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 80 ədəd 5.45 mm-lik və 17 ədəd...