Hacıqabulda qanunsuz ov edən şəxslər saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən şəxslər aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Muğan qəsəbəsi ərazisində R.Babayev, S.Mehdiyev və A.Əhmədzadə qanunsuz ov etdiklərinə görə saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Saxlanılan şəxslərdən 2 ədəd ov tüfəngi, süni maketlər və ovladıqları çöl quşları götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.
Oxşar xəbərlər
Hacıqabulda narkotik alverçisi və onun müştəriləri saxlanılıb
Hacıqabulda narkotik ticarəti ilə məşğul olan kriminal aləmdə “Makan”, “Yetim” və “Malış” kimi tanınan rayon sakinləri saxlanılıb. BAKU.WS APA-ya istinadən xəbə...