Hacıqabulda 14 yaşlı qızı aldadaraq seksual zorakılığa məruz qoyan şəxs HƏBS EDİLDİ

Hacıqabulda 14 yaşlı qızı aldadaraq seksual zorakılığa məruz qoyan şəxs HƏBS EDİLDİ
Hadisə 212

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hacıqabul rayonu sakini 1992-ci il təvəllüdlü şəxsə qarşı cinayət işinə baxaraq hökm çıxarıb.

Məhkəmə təqsirləndiriləni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi (14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq) ilə təqsirli bilib və onu 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.

BAKU.WS-in məlumatına görə, cinayət 2025-ci il mayın ayında Hacıqabul rayonunun Şorbaçı kəndində baş verib.

Təqsirləndirilən şəxs VAZ 2106 markalı avtomobili idarə edərkən yolun kənarında hərəkət edən 14 yaşlı qız (2014-cü il təvəllüdlü) görmüş və ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmək qərarına gəlib.

O, qıza yalan məlumat verərək (atası ilə tanış olduğunu) avtomobilin arxa sərnişin oturacağına əyləşdirmiş və kəndin kənarında dağlıq sahəyə gedib. Orada qıza qarşı cinayətini həyata keçirərək seksual zorakılıq törədib.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ittihamı qismən qəbul edib və bildirib ki, qızla tanışlıq niyyəti ilə danışıb, lakin qəsdən zorakılıq törətmək niyyəti olmadığını iddia edib. Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi isə hadisəni təsdiqləyib və təqsirləndirilənin qəsdli hərəkətlərini vurğulayıb.

Ekspertiza rəyləri (tibbi və psixiatrik) qızın yaşını və cinayətin xarakterini təsdiqləyib, təqsirləndirilənin sağlam olduğunu və əməlini dərk etdiyini göstərib.

Məhkəmə hökmündə təqsirləndirilənin əvvəllər məhkum olmaması və peşmançılığı yüngülləşdirən hallar kimi qiymətləndirilib. Lakin cinayətin qurbanın yaşının kiçikliyi və qəsdli xarakteri ağırlaşdıran hal kimi nəzərə alınaraq cəza müəyyənləşdirilib.

Son xəbərlər