Hacı Muradın qalıqları oğurlanmış məzarından son görüntülər - VİDEO

Hacı Muradın qalıqları oğurlanmış məzarından son görüntülər - VİDEO
Foto Video
Hadisə 994
Qafqaz qəhrəmanı Hacı Muradın qalıqlarının oğurlanaraq Dağıstana aparılmasından sonra məzarının hansı vəziyyətə düşdüyü ilə bağlı görüntülər yayılıb.BAKU.WS xəbər verir ki, Müsavat Partiyasının rəhbəri Arif Hacılı Qax rayonunun Tanqıt kəndi yaxınlığında yerləşən qəbristanlıqda video çəkib.Görüntülərdən aydın olur ki, qalıqlar məzarın yanında əlavə çuxur qazılaraq çıxarılıb və daşlar sonra yerinə düzülüb.Qeyd edək ki, qalıqlar iyunun 4-də Dağıstanın Xunzax rayonunda yenidən dəfn edilib. Qalıqların oğurlanmasını isə Rusiya Dövlət Dumasının Başqırdıstandan olan deputatı (“Ədalətli Rusiya” partiyası), əslən Dağıstanın Xunzax rayonundan olan Hacımurad Ömərov təşkil edib.Məzarın son görüntüsünü təqdim edirik:Fərid Ədalət

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər