Hacıbala Abutalıbovun müavininin istirahət zamanı ölümü barədə YENİ XƏBƏR

21
iyl
2017
12:01
Dünən Qusar rayonunda Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahovun qəfil ölümü ilə bağlı bəzi məqamlar aydınlaşıb.
BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, 80 yaşlı Rauf Pənahov ailə üzvləri ilə birgə Şahdağ istirahət mərkəzində olarkən halı qəfil pisləşib.
Belə ki, o, oteldə olarkən özünü pis hiss edib. Bu zaman Rauf Pənahovun yanında ixtisasca həkim olan qızı olub və o, atasına kömək etməyə çalışıb. Daha sonra otelin tibbi personalı ilkin yardım göstərib və Rauf Pənahov xəstəxanaya aparılıb. Lakin artıq gec olub.
BAKU.WS
Oxşar xəbərlər
Hacıbala Abutalıbovun müavini istirahətdə vəfat edib
Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov vəfat edib. APA-nın şimal bürosunun xəbərinə görə, R. Pənahov istirahətdə olduğu Qusar rayonunda ür...
