Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə silahlı insident

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə silahlı insident
Hadisə 149

Gürcüstanın Laqodexi bələdiyyəsində mübahisə zəminində gənc oğlan yaralanıb.

BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün azərbaycanlıların yaşadığı Qaracalar kəndində baş verib.

Kənd sakini odlu silahdan gəncə bir neçə dəfə atəş açıb. Yaralı Laqodexidəki “Arximed” klinikasına yerləşdirilib.

Mübahisəyə nəyin səbəb olduğu məlum deyil.

Hadisə ilə bağlı qəsdən sağlamlığa ağır xəsarət yetirmə faktı ilə araşdırmalara başlanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər