Güllələnən azərbaycanlı avtoritet xəstəxanadan qaçdı
05
sen
2017
13:45
Bir müddət əvvəl Abxaziyada güllələnən və Suxumi şəhər xəstəxanasında müalicə olunan “Rəşad Gəncinski” ləqəbli qanuni oğru Rəşad İsmayılov barəsində axtarış elan edilib.BAKU.WS-ın lent.az-a istinadən verdiyi məlumatına görə, o, bir sıra cinayətlərdə ittiham olunur.Məlumata görə, Moskva polisi bir qədər əvvəl İsmayılovun adamlarını ələ keçirib. Həmin şəxslər reketlik, adam oğurluğu və digər cinayətlərdə ittiham edilirlər. Onların ilkin ifadələrindən sonra hüquq-mühafizə orqanları “Rəşad Gəncinski” barəsində axtarış elan edib.Məlum olub ki, ayağından yaralanan Rəşad müalicəni sona qədər gözləməyib. Xəstəxanadan bildirilib ki, o, gecə qəfil xəstəxananı tərk edib.BAKU.WS
Oxşar xəbərlər
Atışmada ağır yaralanan tanınmış "qanuni oğru" "Rəşad Gəncinski"dən YENİ XƏBƏR
Abxaziyada atıışma nəticəsində ağır yaralanan "Rəşad Gəncinski" ləqəbli tanınmış "qanuni oğru" Rəşad İsmayılovla bağlı yeni xəbər var.BAKU.WSxəbər verir ki, len...