Güllələnmiş meyiti tapılan Nicat Quliyev vəzifəli şəxsin oğlu imiş
Yeniliklərdən dərhal xəbərdar olun
Dünən paytaxtın Nizami rayonu ərazisində mənzildə güllələnmiş meyiti tapılan dövlət qurumlarından birinin əməkdaşı imiş.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, N.Quliyev qurumda məsul vəzifələrdən birini tuturmuş.
Mərhumun anası Mətanət Quliyeva isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəylinin baldızıdır. Filologiya üzrə fəlsəfə doktoru olan M.Quliyeva Naxçıvan Dövlət Universitetinin dosenti və kafedra müdiridir.
Hadisəyə gəlincə, Nicat Quliyevin özünə silahla atəş açaraq həyatına qəsd etməsinə əsaslı şübhələr müəyyən olunub.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Nepalda vətəndaşlara Azərbaycan və Kanadada iş vəd edən dələduzlar saxlanılıb
Nepal polisi pul müqabilində vətəndaşlara xaricdə, o cümlədən Azərbaycan və Kanadada iş vəd edən 2 nəfəri dələduzluq şübhəsi ilə saxlayıb. "Report" Nepal medias...