Masazırda açıq ərazidə yanğın söndürülüb
Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
Bu barədə BAKU.WS-ə FHN-dən bildirilib.
Bildirilib ki, havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın ətraf ərazilərə, o cümlədəm yaşayış evlərinə keçməsinə imkan verilməyib.
***23:01
Masazır qəsəbəsi ərazisində güclü yanğın başlayıb.
Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.
Bİldirilir ki, yanğın şiddətli və hündür ərazidə olduğundan ətraf qəsəbələrdən də görünür. Sakinlər yanğının evlərə keçəcəyindən təşvişə düşdüklərini bildiriblər.
Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, Masazır qəsəbəsi ərazusində quru otluq sahədə yanğın başlayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Oxşar xəbərlər
Goranboyda müəmmalı ölüm: Gənc qızın meyiti evdən tapıldı
Goranboy rayonunda 18 yaşlı qızın meyiti yaşadığı evdə tapılıb. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Sarov kəndində qeydə alınıb. Belə ki,...