Güclü külək nəticəsində Bakıda 9 nəfər xəsarət alıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Bakıda hava şəraiti ilə əlaqədar küləyin törətdiyi fəsad nəticəsində 9 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
BAKU.WS xəbər verir ki, bu barədə “report”a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, yaralananlar Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanalara çatdırılıblar:
"Onlara TƏBİB-in tabeliyindəki tibb müəssisələrində zəruri ambulator tibbi yardım göstərilib. Artıq xəsarət alanların hər biri evə buraxılıb.
Qeyd edək ki, xəsarət alanlardan 8-i qadın, biri isə 16 yaşlı oğlan uşağı olub".
Oxşar xəbərlər
Güclü küləyin vurduğu ziyanı kim qarşılayacaq? - AÇIQLAMA
Vaxtaşırı paytaxtda və Azərbaycanın digər ərazilərində əsən güclü küləklər müxtəlif fəsadlara səbəb olur. Hər dəfə belə hadisələr baş verdikdə dəyən ziyanın kim...