Göygöldə dəhşətli qəzada ölən 5 nəfərin adı məlum olub

Göygöldə dəhşətli qəzada ölən 5 nəfərin adı məlum olub
Hadisə 146

Göygöldə baş verən qəzada ölən 6 nəfərdən 5-nin adı məlum olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəzada ölənlər "VAZ-2107" sürücüsü, 1994-cü il təvəllüdlü Hümbətov Orxan, onun həyat yoldaşı, 1996-cı il təvəllüdlü Hümbətova Sona, sürücün övladı 2020-ci il təvəllüdlü İbrahim və sərnişinlər, 2001-ci il təvəllüdlü Şahməmmədov Elsəvər Rövşən oğlu, 2009-cu il təvəllüdlü Yusibova Aylin Vüsal qızdır.

Ölənlərdən birinin şəxsiyyəti müəyyən edilməyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər