Göygöldə polisin xidməti maşınını zədələyən şəxs Masazırda yaxalandı - FOTO

Göygöldə polisin xidməti maşınını zədələyən şəxs Masazırda yaxalandı - FOTO
Hadisə 1088
 

Göygöldə polisin xidməti avtomobilini zədələyən şəxs saxlanılıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, yanvarın 17-də Göygöl Rayon Polis Şöbəsinin "Fiat Doblo" markalı xidməti avtomobilini zədələyən Şəmkir sakini, 49 yaşlı Talıb Bayramov saxlanılıb.

O, toy məclisində olan zaman bacısı Məhsəti İbrahimovanın avtomobillə vurulması xəbərini eşidib və sərxoş halda məclisi tərk edərək polis avtomobilinə hücum çəkib. Bir müddət yaşadığı Şəmkirin Qılıncbəyli kəndindən ayrı düşən T. Bayramov müxtəlif ünvanlarda qalıb. Göygöl Rayon Polis şöbəsinin əməkdaşları onu Abşeron rayonu, Masazır qəsəbəsində saxlamağa müvəffəq olublar.

Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə iş başlanılıb. İstintaq aparılır.

BAKU.WS

Göygöldə polisin xidməti maşınını zədələyən şəxs Masazırda yaxalandı - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

80 yaşlı qadın qohumu olan kişini öldürdü - Göygöldə ŞOK OLAY

80 yaşlı qadın qohumu olan kişini öldürdü - Göygöldə ŞOK OLAY

Göygöldə Kəlbəcərdən məcburi köçkün olan qadın qohumu olan kişini qətlə yetirib. ARB Kəpəz xəbər verir ki, hadisə rayonun Murovdağ qəsəbəsində baş verib. Qohu...

1675 Hadisə 10:07 10 mart 2017

Son xəbərlər