Qarabağda erməni hərbçilər polislərə hücum etdi

Qarabağda erməni hərbçilər polislərə hücum etdi
Siyasət 889
 

Ermənistan ordusunun dörd zabiti hərbi polisin əməkdaşını döyüb. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın İstintaq komitəsinin mətbuat xidməti xəbər yayıb. Məlumata görə, hücum edən hərbçilər saxlanılıb.

Hadisə ilə bağlı hakimiyyət nümayəndəsinə zor tətbiqetmə maddəsi ilə cinayət işi açılıb. İstintaq komitəsi davanın niyə və hansı şəraitdə baş verdiyini açıqlamayıb.

"Aykakan Jamanak" qəzeti isə insidentin  qondarma Dağlıq Qarabağ ordusunda baş verdiyini iddia edir. Qəzetin məlumatına görə, "ordunun” mayoru Ararasın Zaxaryan, leytenant L.Saakyan, baş  leytenant K.Martirosyan, leytenant T.Anaxasyan Hərbi polisin əməkdaşı Andranik Matevosyanı döyüblər.  

Davaya səbəb isə Andranik Matevosyanın  zabitlərin avtomobilini saxlamasıdır. Polis hərbçiləri avtomobili yüksək sürətlə idarə etdikləri üçün saxlanılıb. Avtomobili saxlayan hərbi polisin əməkdaşı onları yanına çağırıb.  Amma 4 zabit onun bu hərəkətindən əsəbləşib.  Sonra onlar arasında dava olub.

Hazırda hərbi polis zabiti hospitala yerləşdirilib. Onun müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər