Yaşar Aydəmirov: Azərbaycan Ordusunun hazırlığı ən yüksək səviyyədədir
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin cəbhəboyu zonanın ön xəttinə səfər edərək sakinlərlə, hərbi qulluqçularla görüşü bir daha sübut etdi ki, dövlətimizin başçısı həmişə olduğu kimi, ən çətin məqamda da ön xəttə xidmət edən əsgər və zabitlərin, təmas xəttinə yaxın ərazilərdə yaşayan əhalinin yanındadır.
BAKU.WS AzərTac-a istinadən xəbər verir ki, bu sözləri Prezident, Ali Baş Komandan İlham Əliyevin və xanımı Mehriban Əliyevanın mayın 1-də Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Bərdə və Ağdam rayonlarına səfəri zamanı yerli əhali və hərbi qulluqçularla görüşünün əhəmiyyəti barədə AZƏRTAC-a açıqlamasında sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.
General-leytenant Y.Aydəmirov bildirib ki, Ali Baş Komandan səfər çərçivəsində ön xətdəki real vəziyyəti, qoşunların döyüş hazırlığının səviyyəsini yoxladı, mühüm tapşırıqlarını verdi. Bu səfər Azərbaycan Prezidentinin bütün məsələləri daim şəxsi nəzarətində saxladığını, bilavasitə yerlərə səfər edərək vəziyyəti ətraflı qiymətləndirdiyini və lazımi qərarlar qəbul edərək vacib tapşırıqlar verdiyini bir daha göstərdi. Həmçinin onu sübut etdi ki, Azərbaycan Ordusunun hazırlığı ən yüksək səviyyədədir və Silahlı Qüvvələrimiz torpaqlarımızın işğaldan azad olunması uğrunda Ali Baş Komandanın döyüş əmrinə hər an hazırdır.
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev və xanımı ön cəbhədə (FOTO)
Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam...