Göygöl-Toğanalı-Kəlbəcər yolunda ağır qəza: Ölənlər var
25
avq
2023
08:24
Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda yük maşını dərəyə aşıb, ölənlər və xəsarət alan var.
"Report"un Qərb bürosunun məlumatına görə, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda yük maşınının dərəyə aşması nəticəsində avtomobildə olan 3 nəfərdən 2-si ölüb, daha biri ağır yaralarla xəstəxanaya çatdırılıb.
Onların ərazidə çalışan Türkiyə vətəndaşları olduğu bildirilir.
Hadisənin "Ömər aşırımı"nın yaxınlığında qeydə alındığı qeyd edilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...