Göyçayda toyda qan töküldü

15
iyn
2019
09:50
Göyçay rayonunda toy mərasimində başlayan dava qanla nəticələnib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Ləkçiplaq kəndində qeydə alınıb.Rayondakı "Kənan" restoranında keçirilən toy mərasimində 1984-cü il təvəllüdlü İbrahimov Elson Tofiq oğlu ilə 1994-cü il təvəllüdlü Səmədov Çingiz Yaqub oğlu arasında şəxsi münasibətlər zəminində dava baş verib.Mərasim iştirakçıları qarşısında bir-birlərini söyüşlə təhqir edən gənclərin davası toydan sonra yaşadıqları Ləkçiplaq kəndində davam edib. Çingiz Səmədov qonşusu Elson İbrahimovun döş qəfəsinə bıçaqla ağır xəsarət yetirib. Yaralı təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda toyda dava
Bakıda şadlıq sarayında dava baş verib. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda, Süleyman Sani Axundov küçəsi, 84 ünvanında yerləşə...
