Göyçayda toyda qan töküldü

25
iyn
2018
23:13
Göyçay rayonunda toy mərasimində bıçaqlanma hadisəsi baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayondakı şadlıq saraylarından birində keçirilən toy mərasiminin qonaqları arasında baş verən dava zamanı Ucar rayonu Qaracallı kənd sakini, 1987-ci il təvəllüdlü Kamil Əhmədov bıçaq xəsarəti aldığı üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər
Azərbaycanda toyda qan töküldü - iki bacanaq yeznələri tərəfindən bıçaqlandı
Ucarda iki nəfər bıçaqlanıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün gecə saatlarında rayonun Qazıqumlaq kəndində keçirilən toy məclisində baş v...