Göyçayda kanalda batan şagirdin meyiti tapılıb
Göyçay rayonunda suda boğulan 10-cu sinif şagirdinin meyiti tapılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayonun Aşağı Qaraməryəm kənd sakini, 2005-ci il təvəllüdlü Cəbiyev İsmayıl Mehrah oğlu 3 gün öncə Yuxarı Şirvan kanalında çimərkən ehtiyatsızlıq edib və qəflətən suda boğulub.
Onun meyitinin tapılaraq sudan çıxarılması üçün dərhal əraziyə FHN-in Mingəçevirdəki Aran dalğıc-axtarış qrupunun əməkdaşları cəlb edilib. Suda axtarış işləri bu gün başa çatıb. Mərhumun meyiti suda batdığı yerdən bir kilometr aralıdan tapılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Göyçayda 10-cu sinif şagirdi kanalda batıb
Göyçay rayonunda yeniyetmə oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 19:00 radələrində Yux...