Goranboyda qəza - Yaşayış məntəqələrinin qaz təminatı dayandırılıb - FOTO

18
sen
2019
21:40
Goranboy rayonunun Balakürd kəndində bir nəfərin ölümü ilə nəticələnən qəzada minik avtomobili idarəetməni itirərək yolun kənarındakı diametri 219 mm olan orta təzyiqli qaz kəmərinə çırpılıb."Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, qaz kəməri iki yerdən qırılıb. Nəticədə 3 yaşayış məntəqəsində 1000-dən çox abonentin qaz təminatı dayandırılıb.Bildirilir ki, qazın verilişi üçün bərpa işləri sabah səhər saatlarında görüləcək.Qeyd edək ki, avtomobilin idarəetmədən çıxaraq qəzaya uğraması nəticəsində bir qadın hadisə yerində ölüb, bir kişi isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qalereya
Oxşar xəbərlər
Bu ərazilərdə qaz olmayacaq
Sentyabrın 13-də səhər saat 09:00-dan “Qaz İxrac” İdarəsinin balansında olan yeni çəkilmiş yüksək təzyiqli qaz xəttinin mənbəyə birləşdirilməsi işləri icra olun...
