Bu bölgələrə təbii qazın verilməsi dayandırıldı

23
iyl
2019
10:30
Bu gün səhər saat 09.00-dan axşam saat 18.00-dək Gəncə şəhərinin bir hissəsi, Bağmanlar qəsəbəsi və Ağsu rayonunun 41 yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.“Azəriqaz” İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata görə, məqsəd aşkarlanan qaz sızmalarının aradan qaldırılmasıdır.Naftalan rayonunda isə bir qrup abonentin qaz təchizatı texniki baxışın aparılmasına görə dayandırılıb. Qazın verilişi saat 17.00-dək bərpa olunacaq.Xaçmaz şəhərində bir qrup abonentin bəzi təmir işləri ilə bağlı səhər saat 09.00-dan dayandırılan qaz təchizatı isə sabah bərpa olunacaq.
Oxşar xəbərlər
Bu gün bu ərazilərdə qaz olmayacaq
Bəzi ərazilərin təbii qaz təchizatı dayandırılacaq.“Azəriqaz” İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata görə, qaz təchizatı şəbəkəsində itkilərin qarşıs...
