Goranboyda güllələnmə – TƏFƏRRÜAT

Goranboyda güllələnmə – TƏFƏRRÜAT
Hadisə 1049
Goranboyda güllələnmə olub.BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə rayonun Hazırəhmədli kəndində baş verib. Kənd sakini, 1983-cüil təvəllüdlü Rəfiyev Emil İlqar oğlu qarın nahiyəsinin odlu silah yarası ilə xəstəxanaya yerləşdirilib. Goranboy rayonunda baş verən güllələnmə hadisəsinin təfərrüatı məlum olub. Daxili İşlər Nazirliyinin Qərb Regional mətbuat xidmətindən verilən məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.Belə ki, E.Rəfiyev özünə məxsus qarğıdalı sahəsində olan itləri qovmaq üçün tüfəngdən atəş açıb. Bu zaman ehtiyatsızlıqdan açılan güllə onun özünə dəyib.Faktla bağlı araşdırma davam etdirilir.BAKU.WS

Oxşar xəbərlər

Ağdaşda 19 yaşlı oğlan özünü güllələyib

Ağdaşda 19 yaşlı oğlan özünü güllələyib

Ağdaş rayonunda müəmmalı intihar hadisəsi baş verib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Cüvəkənd kəndində qeydə alınıb.Kənd sakini, 1999-cu...

1541 Hadisə 20:39 25 iyul 2018

Son xəbərlər