Goranboyda borcunu istəyən şəxsi bıçaqladılar

Goranboyda borcunu istəyən şəxsi bıçaqladılar
Hadisə 143

Goranboy rayonunda bıçaqlanma faktı qeydə alınıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Dəliməmmədli şəhərində baş verib.

Rayon sakini, 1986-cı il təvəllüdlü Azər Şərifov kürək nahiyyəsindən bıçaqlanıb. Yaralı Gəncədə xəstəxanalardan birinə yerləşdirilib və əməliyyat edilib. Hazırda vəziyyəti orta-ağırdır.

İlkin məlumata görə, A.Şərifov borcunu istəyərkən iki nəfər tərəfindən bıçaqlanıb.

Faktla bağlı polisə məlumat verilib. Hadisəni törədən şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər