Gəncədə ailə münaqişəsi - Baba həyat yoldaşını, gəlinini və nəvəsini bıçaqladı (YENİLƏNİB)
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə ailə münaqişəsi zəminində baş verən hadisə ilə bağlı yeni təfərrüatlar məlum olub.
BAKU.WS-in bölgə müxbirinin məlumatına görə, qətli törədən şəxs 1950-ci il təvəllüdlü Quliyev Mahir Əliqara oğlu qardaşının ailə üzvlərini bıçaqlayıb.
Həmin şəxslər:
- 1967-ci il təvəllüdlü Quliyeva Ofeliya Həmid qızı (dünyasını dəyişib);
- 1984-cü il təvəllüdlü Quliyeva Günay Malik qızı;
- 2006-cı il təvəllüdlü Quliyev Malik Elnur oğlu;
- 2002-ci il təvəllüdlü Quliyeva Sevinc Elnur qızı.
Gəncədə dəhşətli ailə münaqişəsi yaşanıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə şəhərin Naftalan küçəsi adlanan ərazidə qeydə alınıb. Hadisə nəticəsində yaşlı qadının dünyasını dəyişdiyi bildirilir.
Azyaşlı uşağın vəziyyəti isə ağırdır. Evin gəlininin isə vəziyyəti normal qiymətləndirilir. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Hazırda hadisənin səbəbləri dəqiqləşdirilir. Cinayəti törədən şəxs həbs olunub.
Oxşar xəbərlər
Yol vermədiyi üçün sürücünü öldürdü - VİDEO/FOTO
2019-cu il avqustun 31-də Respublika Klinik Xəstəxanasından Yasamal Rayon Polis İdarəsinə bıçaq xəsarəti ilə Bakı şəhər sakini Fərid Məmmədzadənin daxil olması...