Goranboy sakini pomidor turşusundan zəhərləndi - SON VƏZİYYƏTİ

Goranboy sakini pomidor turşusundan zəhərləndi - SON VƏZİYYƏTİ
Hadisə 154

Qidadan zəhərlənən 24 yaşlı Goranboy sakininn son durumu açıqlanıb. 

TƏBİB-dən  BAKU.WS-ə bildirilib ki, 2025-ci il aprelin 3-ü saat 02:10 radələrində 2001-ci il təvəllüdlü şəxs (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlər, botulizm şübhəsi diaqnozları təyin edilən pasiyentə zəruri tibbi yardım göstərilib. 

Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

***09:20

Goranboyda zəhərlənmə hadisəsi baş verib.

BAKU.WS Teleqraf-a istinadən xəbər verir ki, pomidor turşusundan zəhərlənən 2001-ci il təvəllüdlü Xatirə Bayramova Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.

Qadının vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Oxşar xəbərlər

Bakıda sürücülər arasında DAVA: Bir nəfər ürəyindən bıçaqlandı

Bakıda sürücülər arasında DAVA: Bir nəfər ürəyindən bıçaqlandı

Paytaxtın Xəzər rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb. Məlumata görə, 1973-cü il təvəllüdlü Səlim Əliyev ilə taksi sür...

220 Hadisə 23:32 25 aprel 2025

Son xəbərlər